...

Gürcüstanda Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başa çatıb

Siyasət Materials 6 Avqust 2021 13:20 (UTC +04:00)
Gürcüstanda Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başa çatıb

Bakı. Orxan Nəbiyev - Trend:

Gürcüstanda NATO üzv ölkələrinin və tərəfdaş ölkələrin iştirakı ilə keçirilmiş hərbi təlimlər başa çatıb.

Trend-in məlumatına görə, avqustun 26-da start götürmüş "Agile Spirit 2021" təlimlərində Azərbaycan, Böyük Britaniya, Almaniya, Gürcüstan, İspaniya, İtaliya, Kanada, Latviya, Litva, Polşa, Rumıniya, ABŞ, Türkiyə, Ukrayna və Estoniyadan 2,5 min hərbçi iştirak edib.

Bu təlimlər Gürcüstanda onuncu dəfə keçirilib.

Budəfəki təlimlərdə ilk dəfə Gürcüstan istehsalı olan "Didgori" zirehli maşınları iştirak edib.

Xəbər lenti

Xəbər lenti