...

Bu günkü Türkiyə Azərbaycan münasibətlərin təməli Heydər Əliyev tərəfindən qoyulmuşdur - Cahit Bağcı

Siyasət Materials 12 Dekabr 2021 11:49 (UTC +04:00)
Bu günkü Türkiyə Azərbaycan münasibətlərin təməli Heydər Əliyev tərəfindən qoyulmuşdur - Cahit Bağcı

Bakı. Çingiz Səfərli - Trend:

Bu gün Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycan xalqının qurucusu Heydər Əliyevin anım günüdür. İlk növbədə Heydər Əliyevi rəhmətlə anırıq. Bu gün Türkiyənin Azərbaycandakı səfirliyi bütün heyətlə qəbir üstünə gül çələngi qoyduq, dualarımızı etdik.

Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.

Səfir bildirib ki,Azərbaycan xalqına baş sağlığı verirəm. Heydər Əliyev müasir Azərbaycanın quruluşu, azadlığı uğrunda ən önəmli addımları atan eyni zamanda Türkiyə Azərbaycan münasibətlərinin köklü tarixində önəmli liderdir

"Bu günki Türkiyə Azərbaycan münasibətlərin təməli Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bir millət iki dövlət anlayışının memarı Heydər Əliyevdir. Bu anlayış Türkiyə Azərbaycan münasibətlərinin mayasıdır. Ümummilli liderin övladlarına yeganə vəsiyyəti Qarabağın azad edilməsi idi. Bu gün Qarabağ azaddır. Bu gün Heydər Əliyev məzarında rahat yatır."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti