...

Ərdoğanın Avstriya kansleri ilə telefon danışığı olub

Siyasət Materials 10 Aprel 2022 23:10 (UTC +04:00)
Ərdoğanın Avstriya kansleri ilə telefon danışığı olub

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriya kansleri Karl Nehammerlə telefon danışığı aparıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezident Aparatının İctimaiyyətlə Əlaqələr İdarəsindən bildiriblər.

Telefon danışığı zamanı Türkiyə-Avstriya münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılan addımlar və regional problemlər, o cümlədən Ukraynadakı münaqişə müzakirə edilib. Türkiyə prezidenti son vaxtlar Türkiyə ilə Avstriya arasında yüksək səviyyəli təmaslardan məmnunluğunu ifadə edib

R.T.Ərdoğan bildirib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün əlindən gələni etməyə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti