...

USAID-in Azərbaycan üzrə yeni missiya direktoru vəzifələrinin icrasına başlayıb

Siyasət Materials 8 Sentyabr 2022 09:52 (UTC +04:00)
USAID-in Azərbaycan üzrə yeni missiya direktoru vəzifələrinin icrasına başlayıb

Bakı. Trend:

Maykl Nirbas (Michael Nehrbass) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının yeni direktoru qismində öz vəzifələrini icra etməyə başlayıb.

Təşkilatdan Trend-ə verilən məlumata görə, bu vəzifəyə təyin olunmazdan əvvəl, M.Nirbas Pakistanda missiya direktorunun müavini vəzifısində çalışıb. USAID/Pakistan-a qoşulmazdan əvvəl o, USAID/İraq üçün sabitləşmə, iqtisadi artım, demokratiya və idarəetmə fəaliyyətlərinə nəzarət edib. Cənab Nirbas 2001-ci ildə USAID-də Xarici Xidmət əməkdaşı kimi işə başlayıb. O, Əfqanıstan, Anqola, Gürcüstan, Qvatemala, İndoneziya, İraqda və USAID-in Vaşinqtondakı Afrika Bürosunda xidmət edib.

M.Nirbas Milli Müharibə Kollecində Milli Təhlükəsizlik Strategiyası üzrə magistr dərəcəsi, Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbində beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi və Berkli Kaliforniya Universitetində folklor üzrə bakalavr dərəcəsinə malikdir..

Azərbaycan üzrə missiya direktoru kimi M.Nirbas Azərbaycanın prioritetlərini dəstəkləmək üçün USAID proqramlarına nəzarət edəcək. “Mən USAID-in inkişaf proqramlarının uğurlarına əsaslanaraq Azərbaycan hökuməti, donor icması, özəl sektor və vətəndaş cəmiyyəti ilə tərəfdaşlığımızı gücləndirməyi səbirsizliklə gözləyirəm”, - deyə M.Nirbas bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti