...

Fransız jurnalist ermənilərin Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə edilən vəhşiliyindən yazıb

Siyasət Materials 26 Sentyabr 2022 23:20 (UTC +04:00)
Fransız jurnalist ermənilərin Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə edilən vəhşiliyindən yazıb

Bakı. Trend:

Fransanın “musulmansenfrance.fr” xəbər portalında Trend İnformasiya Agentliyinin Fransada təsis etdiyi "Lagazetteaz.fr" qəzetinin baş icraçı direktoru Jan-Mişel Brun tərəfindən 2020-ci ildə Qarabağ müharibəsində məğlub olduqlarından və Azərbaycanla sərhəddəki son döyüşlərin uğursuzluğundan sonra erməni fəalların Azərbaycanın xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinə hücumlar təşkil etməsi barədə məqalə dərc edib.

Müəllif məqalədə qeyd edib ki, Azərbaycanın bir sıra ölkələrdəki səfirlikləri erməni fəalların hədəfinə çevrilib:

“Sentyabrın 15-də Amerika Erməni Milli Komitəsinin Azərbaycanın Vaşinqtondakı səfirliyinə qarşı təşkil etdiyi hücumundan sonra, bu dəfə Fransada “FRA Nor Seround” (Ermənistan İnqilabi Federasiyasının Yeni Nəsli) qrupu Azərbaycanın Parisdəki səfirliyinə soxulmağa cəhd edib, sentyabrın 23-də isə YUNESKO-nun Azərbaycan irsinin ermənilər tərəfindən dağıdılmasına həsr olunmuş konfransının işinə mane olmaq məqsədilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinə hücum edib. “

Müəllif təəssüf hissi ilə vurğulayıb ki, ekstremist “Charjoum” hərəkatı Parisdə polisin praktiki olaraq passiv baxışları altında hər gecə Türkiyə və Azərbaycan əleyhinə şüarlar səsləndirir.

“Niyə? Çünki Qarabağ müharibəsi bitəndən bəri ermənilər özlərinə “gözəl” rol, Azərbaycanın qurbanları obrazını veriblər. Bütün bunların kökündə isə məlum məsələdir ki, çox güclü fransız diasporuna - təxminən 700 000 üzvə arxalanan və redaksiyaları press-relizlərlə dolduran, regiona aid Vikipediya məzmununun dərcini monopoliyaya alan və siyasi liderləri öz çirkin əməllərinə cəlb edən Ermənistanın media siyasəti dayanır. Məhz bu yolla, bu ölkə, erməni ekstremistlərinin millətçi baxışlarının həqiqət kimi qəbul edilməsinə nail olub ”, -deyə müəllif qeyd edib.

Fransız jurnalist həmçinin əlavə edib ki, hələ 40 il bundan əvvəl Parisdə "Ermənistanın Azadlığı Uğrunda Gizli Erməni Ordusu" (ASALA) tərfindən təşkil olunmuş ilk hücumlardan sonra erməni fəallar bir araya toplaşıblar.

“Hətta ASALA-nın sözçüsü Jan-Mark Ara Toranyan bu müddət ərzində bir çox fransız parlamentarilərlə sıx əlaqələr qurub və Yelisey sarayı ilə də kifayət qədər yaxınlaşıb. Əksər fransız redaksiyalarında məsul vəzifələrə yiyələnmiş ermənilər bu mətbuat orqanlarında, bir sözlə, ‘at oynadır’. Qəribədir, onlar hətta İkinci Dünya Müharibəsi illərində nasist hərəkatının tərkibində olmuş bəzilərini Ermənistanın qəhrəmanları kimi də təqdim etməkdən çəkinmir.”, - deyə o əlavə edib.

Məqalədə həmçinin xatırladılıb ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində və onun ətraf rayonlarında 1990-cı illərdə Ermənistan və Azərbaycan arasında baş vermiş münaqişə Azərbaycan ərazilərinin demək olar ki, 20%-nin işğalı ilə nəticələnmişdi:

“Hər on azərbaycanlıdan biri öz yurd-yuvasından didərgin düşüb, qaçqın və məcburi köçkünlərin sayı bir milyondan artıq olub. Dağlıq Qarabağdan və ətraf rayonlardan 750 mindən çox azərbaycanlı, Ermənistandan isə 250 min azərbaycanlı qovulub. Ümumilikdə Azərbaycan Respublikasına dəyən iqtisadi ziyan 60 milyard ABŞ dollarını ötür. 7093 dövlət müəssisəsi, 927 kitabxana, 4,6 milyon cild kitab və əlyazma, 6 teatr, 85 musiqi məktəbi, minlərlə sənaye və kənd təsərrüfatı müəssisəsi, o cümlədən 706 tarix və memarlıq abidəsi, 22 muzey, 26 qala və qala divarları dağıdılıb, 57 məscid, 125 məbəd və kilsə, 58 arxeoloji abidə, 215 təbiət abidəsi, 260.311 hektar meşə sahəsi, 163 faydalı qazıntı yatağı talan edilib. eyni zamanda, müsəlmanların ibadət yerləri tövləyə və ya donuzxanaya çevrilib.

Azərbaycanın susqunluğunun səbəbini isə Fransa səfiri Zakari Qross vasitəsilə Fransa diplomatiyasının təmkinliliyi təşviq etmək cəhdlərində axtarmaq olar. Dövlətin yaxşı qulluqçusu kimi öz erməni elektoratını özündən uzaqlaşdırmamaq ehtiyacı ilə Azərbaycanla, xüsusilə enerji sektorunda yaxşı münasibətlər saxlamaq üçün iqtisadi ehtiyac arasında qalan Zakari Qross Yelisey sarayının göstərişlərini ciddi şəkildə tətbiq edir. Fransa səfiri xarici işlər nazirliyində dəhliz diplomatiyasındakı ustalığı, Paris səfirliyinin həddən artıq çox iş görə biləcəyinə, tərəfləri sakitləşdirməyin daha yaxşı olduğuna inandırmaq bacarığı ilə tanınır. Bu cür davranışı "hiyləgər idarə etmə" də adlandırmaq olar. Ancaq belə bir müharibədə yalnız bir qalib olur: səssiz olan”,- deyə müəllif qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti