...

Səfir Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı paylaşım edib

Siyasət Materials 18 Noyabr 2022 16:02 (UTC +04:00)
Səfir Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı paylaşım edib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın İsraildə səfirlik açmasına münasibət bildirib.

Trend-in məlumatına görə, bu barədə bu gün İsrailin Azərbaycandakı səfiri Corc Dik "Twitter" hesabında bildirib.

“Bu şüşəni açmaq vaxtıdır! Bu gün Milli Məclis Azərbaycanın İsraildə səfirliyinin açılması haqqında qanunu qəbul edib”, - deyə paylaşımda qeyd edilib.

Xatırladaq ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti