...

Qlobal Bakı Forumu on il ərzində beynəlxalq səviyyədə nüfuz qazanıb - Vuk Yeremiç

Siyasət Materials 11 Mart 2023 15:23 (UTC +04:00)
Qlobal Bakı Forumu on il ərzində beynəlxalq səviyyədə nüfuz qazanıb - Vuk Yeremiç
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Bakı. Trend:

Qlobal Bakı Forumu on il ərzində beynəlxalq səviyyədə etibar və nüfuz qazanıb.

Bu barədə Trend-ə BMT Baş Assambleyasının keçmiş sədri Vuk Yeremiç X Qlobal Bakı Forumunun kuluarlarında deyib.

O bu platformanın dünya gündəliyində duran ən mühüm və aktual məsələlər üzrə müzakirələrin keçirilməsinə imkan yaratdığını vurğulayıb.

"Son illər ərzində Azərbaycan qlobal arenada öz mövqelərini möhkəmlədə bilib. Bu, koronavirus pandemiyası kimi mürəkkəb proseslərin, beynəlxalq ticarətdə müəyyən çətinliklərin və geosiyasi gərginliyin fonunda baş verib. Azərbaycan bu müddətdə qlobal iqtisadi və siyasi mühitə öz töhfəsini verib", - BMT Baş Assambleyasının keçmiş sədri deyib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.

Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti