...

Kanada İrana qarşı yeni sanksiyalar tətbiq edib

Siyasət Materials 28 Mart 2023 02:29 (UTC +04:00)
Kanada İrana qarşı yeni sanksiyalar tətbiq edib

Bakı. Trend:

Kanada daha səkkiz fiziki və iki hüquqi şəxsi anti-İran sanksiyaları siyahısına əlavə edib.

Trend xəbər verir ki, rəsmi Ottavanın fikrincə, sanksiya siyahısında olan yeni şəxslər Tehranda və İranın şimal-qərbində kobud və sistematik insan hüquqları pozuntularına görə məsuliyyət daşıyırlar və İranda PUA və ballistik raketlərin istehsalı ilə məşğuldurlar.

Sanksiyalar müəyyən fiziki və hüquqi şəxslər üçün səyahət qadağaları və xarici aktivlərin dondurulmasını ehtiva edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti