...

Ermənistanın sərhəddə Azərbaycana qarşı hərbi təxribatları sülh prosesinə mane olur - Elşad Həsənov

Siyasət Materials 12 May 2023 11:28 (UTC +04:00)
Ermənistanın sərhəddə Azərbaycana qarşı hərbi təxribatları sülh prosesinə mane olur - Elşad Həsənov
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın şərti sərhəddə Azərbaycana qarşı hərbi təxribatları sülh prosesinə mane olur.

Bunu Trend-ə açıqlamasında politoloq Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, Ermənistan həmişəki kimi sülh sazişi üzrə danışıqların sürətləndiyi vaxt təxribata əl atır.

"Biz bunun dəfələrlə şahidi olmuşuq. Görünən odur ki, revanşist qüvvələr sülhə mane olmağa çalışırlar. May ayının 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü nəzərdə tutulub. Belə bir vaxtda atəşkəsin pozulması buna əyani sübutdur. Erməni revanşistləri vəziyyətin sabit olmadığını göstərmək istəyirlər. Baş verən atışmalar bir daha Ermənistanın revanşist fikirlərindən hələ də əl çəkmədiyini göstərir. Ermənistanın danışıqlar prosesinə xələl gətirən bu kimi əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır. Ermənistan qəsdən üçtərəfli bəyanatların şərtlərini yerinə yetirməyərək, sülhə gedən yolda təxribatlar yaratmaqla dünya ictimaiyyətində münaqişənin hələ də bitmədiyi fikrini yaratmağa çalışır. Azərbaycan dövləti hər zaman olduğu kimi, bu dəfə də bütün təxribatlara layiqli cavab verib və ərazi bütövlüyünü qorumağa hazırdır", - deyə E.Həsənov bildirib.

Qeyd edək ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Müdafiə Nazirliyindən bildirilib ki, qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub, Mahmudlu Müslüm Vidadi oğlu isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti