Bakı. Trend:
Azərbaycanın Qarabağı belə sürətlə dirçəltməsi, gələcəkdə regiona necə töhfələrə verəcəyinin göstəricisidir.
Bu barədə Trend-ə özəl açıqlamasında Bosniya və Herseqovinanın sabiq xarici işlər naziri Zlatko Laqumciya deyib.
“Azərbaycan Prezidenti İlham Əliyev dünya üçün liderlik nümunəsidir. Qarabağ öz sahiblərinə geri qayıdıb. İndi bölgədə sülhün bərqərar olmasının zamanıdır. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında bu fonda görüşlərin keçirilməsi çox mühümdür. Bu görüşlərdə bir çox məsələlər müzakirə edilir. Bunlardan biri də iki xalqın bir-biri ilə sülh içərsində yaşamasıdır. Azərbaycan elə bir ölkədir ki, burada illərdir, əsrlərdir müxtəlif dinə, irqə sahib xalqlar birlikdə sülh, hörmət içərsində yaşayır", - sabiq XİN rəhbəri əlavə edib.
Z.Laqumciya artıq üçüncü dəfədir Qarabağda olduğunu xatrıladıb:
"Hər gəldiyimdə burada olan inkişafı, sürətli quruculuq işlərini görürəm və heyrətlənirəm. Azərbaycanın Qarabağı belə sürətlə dirçəltməsi, gələcəkdə regiona necə töhfələr verəcəyinin göstəricisidir”,- deyə o əlavə edib.