...

Azərbaycan və Somali arasında əməkdaşlığın mümkün perspektivləri müzakirə olunub (FOTO)

Siyasət Materials 6 İyul 2023 21:43 (UTC +04:00)
Azərbaycan və Somali arasında əməkdaşlığın mümkün perspektivləri müzakirə olunub (FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

6 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abşir Ömər Cama ilə görüşüb.

XİN-dən Trend-ə bildirilib ki, görüşdə Azərbaycan və Somali arasında əməkdaşlığın mümkün perspektivləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində qarşılıqlı təmasların artırılmasının vacibliyini qeyd edib. Bu xüsusda, əlaqələrin genişləndirilməsi üçün mövcud perspektivlərin müzakirəsi məqsədilə siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov, Azərbaycanın QH-ya sədrliyi dövründə Hərəkatın inkişafının, üzv dövlətlər arasında münasibətlərin möhkəmləndirilməsinin prioritet istiqamətlərdən olduğunu bildirib. Azərbaycanın QH-ya sədrliyi dövründə həyata keçirilən təşəbbüslər, xüsusilə QH Parlament Şəbəkəsi, QH Gənclər Təşkilatının yaradılmasının əhəmiyyəti vurğulanıb.

Nazir Abşir Ömər Cama, Somalinin hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini qeyd edərək, iki ölkə arasında qarşılıqlı hörmət və həmrəyliyə əsaslanan münasibətlərin daha da inkişafında Somalinin maraqlı olduğunu diqqətə çatdırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Somali Federativ Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti