...

Zelenski Prezident İlham Əliyevə təşəkkür edib

Siyasət Materials 19 İyul 2023 20:31 (UTC +04:00)
Zelenski Prezident İlham Əliyevə təşəkkür edib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna Prezidenti Vladimir Zelenski Prezident İlham Əliyevə təşəkkür edib.

Trend xəbər verir ki, bununla bağlı Ukrayna dövlət başçısı özünün tviter hesabında paylaşım edib.

“Mən Azərbaycan Prezidenti İlham Əliyevə Ukraynanın ehtiyacı olan enerji avadanlıqlarının alınmasına yardımın ayrılması qərarına görə minnətdaram. Dost Azərbaycanın bu dəstəyi təcavüzkarın ardıcıl hücumları qarşısında Ukrayna enerji kompleksinin davamlılığını təmin etmək üçün vacibdir. Biz Ukraynanın enerji sistemini qışa hazırlamaq üçün tərəfdaşlarımızla fəal işləməyə davam edirik”, deyə – Zelenski bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti