Bakı. Trend:
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) Azərbaycanda özəl sektorun inkişafı üzrə öz biznes planını reallaşdırmaq niyyətindədir.
Bu barədə Trend-ə özəl müsahibəsində ITFC-in baş icraçı direktoru və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD - İslam İnkişaf Bankı qrupuna (IsDB) daxildir) baş direktoru vəzifəsini icra edən Hani Salem Sonbol deyib.
O, biznes planın aşağıdakı tədbirlər hesabına reallaşdırılacağını qeyd edib:
- özəl layihələrə və orta şirkətlərə dəstək üçün bank və qeyri-bank təşkilatlarının maliyyələşdirmə xətlərinin təsdiqlənməsi;
- Enerji və infrastruktur layihələrin maliyyələşdirilməsinə əlavə olaraq, özəl sektor şirkətlərinin, xüsusən məhsullarını ixraca yönəldən sənaye şirkətlərinin birbaşa maliyyələşdirilməsi;
- İslam kapital bazarlarının inkişafına dəstək.
"Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası inkişaf üzrə çoxtərəfli maliyyə institutu və İslam İnkişaf Bankı (İİB) qrupunun özəl sektorudur. ICD özəl sektor layihələrini şəriətə uyğun olaraq maliyyələşdirməklə və transsərhəd investisiyalarını təşviq etməklə üzv ölkələrin iqtisadi inkişafını dəstəkləmək səlahiyyətinə malikdir. Strateji istiqamətimiz və biznes planımız çərçivəsində aşağıdakıları planlaşdırırıq:
- İnkişaf ehtiyaclarından çıxış etməklə üzv ölkələrimizə xidmət etmək;
- İdarəetmə modelimizi və təşkilati mükəmməliyimizi yaxşılaşdırmaq;
- Maliyyə baxımından dayanıqlı inkişaf etmək;
- IsDB qrupu daxilində, eləcə də, maliyyə təsisatları digər tərəfdaşlarımızla əməkdaşlığı dərinləşdirmək", - deyə o izah edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)