...

Paşinyan tez-tez siyasi mövqeyini dəyişməyə xarakterikdir - Azər Qarayev

Siyasət Materials 19 Oktyabr 2023 19:00 (UTC +04:00)
Paşinyan tez-tez siyasi mövqeyini dəyişməyə xarakterikdir - Azər Qarayev
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan baş naziri Nikol Paşinyanın Avropa Parlamentində sülhdən danışması və ona uyğun bəyanatları artıq Azərbaycan ictimaiyyəti tərəfindən səmimi qarşılanmır. Ermənistan siyasi rəhbərliyinin "sülh istəyirik" deməsi və özünü demokrat kimi təqdim etməsi ictimaiyyəti aldatmaq cəhdidir.

Bu sözləri Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, Paşinyan tez-tez siyasi mövqeyini dəyişməyə xarakterikdir. Bu gün sülhdən danışırsa, sabah Ermənistan tam əks mövqe nümayiş etdirə bilər. Avropa Parlamentində Paşinyanın demokratiyadan danışması, hər gün insan haqlarının pozulduğu Ermənistanı nümunə göstərməyə çalışması isə gülüş doğurur.

Ermənistanın dəyişkən siyasət yürütdüyünü Qərbdə də anlayırlar, artıq beynəlxalq ictimaiyyət də bilir ki, Ermənistan sülh məsələsində səmimi deyil və məqsəd başqadır. Azərbaycan hər zaman sülh təşbbüskarı olduğunu açıq formada bildirib.

Bütün dünyada da qəbul olunur ki, Azərbaycan və Azərbaycan Prezidenti bir məsələdə mövqe bildiribsə, bu dəyişməz olaraq qalacaq. Lakin Ermənistana qarşı münasibət birmənalı deyil, Nikol Paşinyan artıq qeyri-ciddi siyasətçi kimi yadda qalıb, o daha çox havadarlarından nə deməsini gözləyən şəxsdir. Son 3 ildə Ermənistan məhz havadarlarına arxayın olaraq Azərbaycana qarşı təxribatlar törətmək istəyirdi, amma yenə məğlub olan tərəf özü oldu", - deyə A.Qrayev əlavə edib.

A.Qarayev qeyd edib ki, ümumilikdə 2020-ci ildə imzalanan 10 noyabr bəyanatından sonra Ermənistan tərəfi öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi.

"Paşinyan Azərbaycanı Naxçıvanla birləşdirən dəmir yolunu bərpa etməyə də hazır olduqlarını açıqlayıb. Faktiki olaraq Ermənistan kommunikasiyaların açılması üçün heç bir iş görməyib. Hətta Azərbaycan onlardan dəmir yolunun keçəcəyi hissənin yerini təqdim etmələrini istəsə də, Ermənistan prosesi maksimum ləngitmək üçün müvafiq koordinatları təqdim etməyib".

A.Qarayev onu da əlavə edib ki, Azərbaycan həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı yüksək dəqiqlik və peşəkarlıq nümayiş etdirdi:

"Heç bir sakinə zərər dəymədən, ancaq legitim hərbi obyektlər hədəf alındı və bundan sonra tab gətirə bilməyən separatçılar təslim oldular.

Prezident İlham Əliyev qabaqcadan vurğuladığı kimi, Ermənistan ordusunun bizim ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, bizim ərazimizdən tamamilə çıxarılmalıdır.

Nəticə belə də oldu, qanunsuz silahlı birləşmələr Azərbaycan ərazisini tərk etdilər. Qarabağı tərk edənlərin də böyük bir hissəsi orada qalan qanunsuz silahlı birləşmələrin üzvləri və onların ailələridir. Ermənistanın Qarabağda 10 minə yaxın şəxsi heyəti qalırdı və onların da ailə üzvləri orada yerləşirdilər. Ermənistan şişirtmə rəqəmlərdən istifadə edərək onları da Qarabağın sakinləri kimi təqdim etməyə çalışır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti