...

Avropa birliyi Qərb dövlətlərinin çiçəklənməsi üçün yaradıldı - Bolqarıstanın sabiq prezidenti

Siyasət Materials 16 Mart 2024 09:29 (UTC +04:00)
Avropa birliyi Qərb dövlətlərinin çiçəklənməsi üçün yaradıldı - Bolqarıstanın sabiq prezidenti
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa birliyi Qərb dövlətlərinin çiçəklənməsi üçün yaradıldı.

Trend xəbər verir ki, bu barədə Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov XI Qlobal Bakı Forumunda “Regional perspektivlər: Avropa Birliyi və qonşuları” adlı panel iclasında çıxışı zamanı deyib.

“Avropa İttifaqı olaraq siyasi səhvlər buraxıldı. İndi biz bunun fəsadlarını hiss edirik. Avropa yalnız bu ittifaqdan ibarət deyil. Qonşuların da maraqlarını güdməlidir. Yaxşı qonşuluq siyasəti olmalıdır”,- deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.

Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti