...

"La Gazette du Caucase" fransız televiziyasını milli təbliğatda ittiham etdi

Siyasət Materials 29 İyul 2024 11:14 (UTC +04:00)
"La Gazette du Caucase"  fransız televiziyasını milli təbliğatda ittiham etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransız televiziyası erməni milliyyətçi təbliğatını yayımlayır. Bu, biabırçılıqdır və teleizləyiciləri aldatmaq cəhdidir.

Trend xəbər verir ki, bu barədə Fransanın “La Gazette du Caucase” onlayn-nəşrində Fransanın “France-2” telekanalının efirində Parisdəki Olimpiya oyunlarının açılışı zamanı Azərbaycana qarşı təxribatçı çıxışlarla bağlı dərc olunan məqalədə bildirilir.

Materialda qeyd olunur ki, 26 iyulda Parisdə keçirilən Yay Olimpiya oyunlarının açılış mərasimində Fransanın “France-2” milli telekanalının reportyoru azərbaycanlı və erməni idmançıların paradı zamanı ayrı-seçkilik nümayiş etdirib və Azərbaycanı Ermənistanla toqquşmalarda ittiham edib. Bu zaman Ermənistanı Fransanın dostu adlandırıb və qeyd edib ki, bu il erməni xalqı üçün “Dağlıq Qarabağın Azərbaycan ordusuna məğlub olması” kimi yadda qalacaq.

“Görünməmiş biabırçılıqdır! Baxın, iki milyon izləyicini belə aldadıblar. Onlar bunu unudublar ki, Qarabağ Azərbaycana məxsusdur və dünyanın bütün ölkələri, o cümlədən, Fransa bunu tanıyıb. Onlar istəyirdilər ki, insanlar erməni işğalçıları tərəfindən Azərbaycan şəhərlərinin dağıdılmasını, 1 milyon azərbaycanlının öz torpaqlarından qovulmasını unutsunlar.

Ən dəhşətlisi odur ki, bu, “Fransanın səsi” hesab olunan milli telekanalın efirində baş verib. Fransız idman və ictimai xadimi, tarixçi, pedaqoq, ədib Pyer de Kuberten deyib ki, olimpiya məşəli parladıqca idman siyasəti və onun doğurduğu münaqişələri susdurmalıdır. Lakin, görünür, Fransanın milli televiziyası müasir Olimpiya oyunlarınınn təşkilinin təşəbbüskarının çağırışını eşitməyib”, - müəllif vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi bu insidentlə əlaqədar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) ünvanına etiraz məktubu ünvanlarıb. Məktubda deyilir ki, dövlət telekanalının Azərbaycana qarşı belə hörmətsiz münasibəti Olimpiya xartiyasının açıq-aşkar pozulmasıdır. Bu cür təbliğat oyunların ruhuna zidddir və Azərbaycanla Ermənistan arasında sülh səylərinin pozulmasına xidmət edir. Buna görə də BOK-a Parisdəki Olimpiada-2024 zamanı idmanın siyasiləşdirilməsinə qarşı qəti mövqe tutmaq, Fransa hökuməti, Fransa Milli Olimpiya və İdman Komitəsi, eləcə də, sözügedən telekanal qarşısında ictimai bəyanatla çıxış etmək təklif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti