...

İSRAİLİN SƏFİRİ AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ İLƏ VİDALAŞDI

Siyasət Materials 7 İyul 2005 14:17 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda diplomatik fəaliyyətini başa vurmuş İsrailn səfiri Eytan Naye ilə görüşüb. Bu barədə Trend ə Azərbaycanın XİN-dən məlumat verilib.

Azərbaycan rəhbərliyinə Azərbaycanda səfir kimi çalışdığı dövrdə göstərilən yardıma və məhsuldar əməkdaşlığa görə təşşəkkürünü bildirən Eytan Naye iki ölkə arasında əlaqələrin gələcəkdə də genişlənəcəyinə ümid etdiyini bildirib.

Ölkələrimiz arasında iqtisadiyyat, mədəniyyət, ətraf mühitin mühafizəsi,turizm və digər sahələrdə geniş əməkdaşlıq perspektivlərinin və imkanlarının mövcud olduğunu qeyd edən səfir konkret təkliflər irəli sürüb.

Səfirin fikri ilə razılaşan nazir Elmar Məmmədyarov ölkələrinmiz arasındakı əlaqələrin indiki vəziyyətini yüksək qiymətləndirərək əlaqələrimizin gələcəkdə də inkişaf edəcəyinə ümid etdiyini bildirib. Nazir gələcək fəaliyyətində səfirə uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti