...

ALP-NİN PARLAMENT SEÇKİLƏRİNDƏ İŞTİRAK EDƏCƏK 100-DƏN ARTIQ NAMİZƏDİ VAR

Siyasət Materials 19 İyul 2005 17:18 (UTC +04:00)

"Azərbaycan Liberal Partiyası (ALP) parlament seçkilərində iştirak edəcək 100-dən artıq namizədi var". Bunu Azərbaycan Liberal Partiyası (ALP) İcraiyyə Komitəsinin sədri Əvəz Temirxan Trend ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ALP parlament seçkilərinə partiyanın lideri Lalə-Şövkət Hacıyevanın rəhbərlik etdiyi "Milli Birlik" Hərəkatının (MBH) tərkibində qatılacaq.

"MBH parlament seçkilərində müstəqil şəkildə iştirak edəcəyini bəyan edib. Seçki blokuna ALP-dən əlavə, bir neçə QHT, eləcə də ölkədə tanınmış ziyalılar və ictimai xadimlər daxildir.

Hazırda konkret dairələr üzrə üst-üstə düşən namizədlərin siyahılarının dəqiqləşdirilməsi üzərində iş aparılar. Yaxın günlərdə MBH-nin namizədlərinin tam siyahısı açıqlanacaq",-deyə Əvəz Temirxan bildirib.

Onun sözlərinə görə, artıq partiya rəhbərliyinin iştirak edəcəyi seçki dairələri müəyyənləşdirilib.

"Partiyanın lideri Lalə-Şövkət Hacıyeva 17 saylı Yasamal (üçüncü) seçki dairəsindən, özüm isə 15 saylı Yasamal (birinci) seçki dairəsindən namizədliyimizi irəli sürəcəyik",- deyə ALP rəsmisi bildirib.

Xəbər lenti

Xəbər lenti