...

ABŞ DÖVLƏT KATİBİNİN MÜAVİNİ PAULA DOBRİANSKİ BAKIYA GƏLİR

Siyasət Materials 26 İyul 2005 11:28 (UTC +04:00)
ABŞ DÖVLƏT KATİBİNİN MÜAVİNİ PAULA DOBRİANSKİ BAKIYA GƏLİR

İyulun 26-da ABŞ dövlət katibinin qlobal məsələlər üzrə müavini Paula Dobrianski (Paula Dobriansky) Bakıya gəlir. Trend agentliyinin ABŞ-ın Bakıdakı səfirliyinin mətbuat xidmətinə istinadən bildirdiyinə görə, iyulun 27-nə P.Dobrianskinin Azərbaycan müxalifət partiyalarının liderləri ilə görüşləri planlaşdırılıb.

Onun "Azadlıq"," Yeni Siyasət" və "Demokratik İslahatlar" blokları ilə görüşləri nəzərdə tutulur. Səfər çərçivəsində P.Dobrianski respublika rəhbərliyi ilə də bir sıra görüşlər keçirəcək.

İyulun 27-də P.Dobrianski Azərbaycan-Amerika əlaqələri ilə bağlı məsələlərin müzakirə olunacağı mətbuat konfransı keçirəcək.

İyulun 28-də dövlət katibi müavininin səfəri başa çatacaq.

P.Dobrianski 2001-ci il martın 12-də ABŞ dövlət katibinin müavini vəzifəsinə təyin olunub. Fransız, rus, danimarka və italyan dillərini bilir.

Xəbər lenti

Xəbər lenti