...

İLHAM ƏLİYEV "AZƏRBAYCANIN REGİONLARININ SOSİAL-İQTİSADİ İNKİŞAFI ÜZRƏ ƏLAVƏ TƏDBİRLƏR HAQQINDA" SƏRƏNCAM İMZALAYIB

Siyasət Materials 4 Avqust 2005 12:17 (UTC +04:00)

Trend in məlumatına görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "AR Regionlarının sosial-iqtisadi inkişafı üzrə əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 11 fevral 2004-cü il tarixli fərmanla təsdiq olunmuş "2004-2008-ci illərdə AR regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı" ölkənin bütün rayonlarında, o cümlədən Quba, Qusar, Xaçmaz, Siyəzən və Dəvəçi rayonlarında uğurla həyata keçirilir.

Sərəncamda o da bildirilir ki, bununla əlaqədar regionlarda sosial-iqtisadi inkişafla bağlı bir sıra tədbirlər görülüb və müəyyən müsbət nəticələr əldə olunub. Lakin bir sıra problemlər hələlik qalmaqdadır.

2005-ci il iyulun 28-də Qusar şəhərində prezidentin iştirakı ilə keçirilmiş müşavirədə əldə olunmuş uğurlar və mövcud problemlər, həmçinin onların aradan qaldırılma yolları ətraflı müzakirə edilib, müvafiq təkliflər dinlənilib və kompleks tədbirlər görülüb.

Yuxarıda qeyd olunanları nəzərə alaraq regionların, o cümlədən Quba, Qusar, Xaçmaz, Siyəzən və Dəvəçi rayonlarının sosial-iqtisadi inkişaf tempini artırmaq məqsədilə "AR regionlarının, o cümlədən Quba, Qusar, Xaçmaz, Siyəzən və Dəvəçi rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi üzrə tədbirlər planı" təsdiq olunur.

Nazirlər Kabinetinə tədbirlər planının həyata keçirilməsi ilə bağlı prezidentə müntəzəm olaraq məlumat vermək tapşırılır.

Xəbər lenti

Xəbər lenti