...

İQTİDAR-MÜXALİFƏT PARTİYALARININ NÖVBƏTİ GÖRÜŞÜ AVQUSTUN 10-DA KEÇİRİLƏCƏK

Siyasət Materials 5 Avqust 2005 18:27 (UTC +04:00)

İqtidar-müxalifət partiyaları arasında növbəti görüş avqustun 10-da saat 12.00-da Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında keçiriləcək.

Bu barədə Trend ə VHP sədri Sabir Rüstəmxanlı məlumat verib. O, bildirib ki, VHP-də keçiriləcək görüşdə həm iqtidar tərəfi, həm də ötən dəfəki dəyirmi masaya qatılmayan "Azadlıq"i blokunun partiyaları da iştirak edəcəklər.

Onun sözlərinə görə, avqustun 5-də Müsavat Partiyasının qərargahında keçirilmiş siyasi partiyaların görüşündə "Azadlıq" blokunun üzvləri VHP-də təşkil olunacaq dəyirmi masada iştirak edəcəklərini bildiriblər.

"Bundan əvvəl Yeni Azərbaycan Partiyasının iyulun 29-da ikinci dəfə təşkil etdiyi görüşə "Azadlıq" blokunun partiyaları qatılmadı. Ondan sonra da Müsavat Partiyasında keçirilən görüşə də təəssüf ki, iqtidar nümayəndələri gəlmədilər.

Çalışmaq lazımdır ki, növbəti dəfə belə hallar baş verməsin, siyasi qüvvələr arasında sivill münasibətlər, danışıqlar pozulmasın. Gələn dəfəki görüşün təşkilatçısı kimi mən çalışacam ki, bütün tərəflər bir araya gəlsinlər"-deyə S.Rüstəmxanlı bildirib.

Onun sözlərinə görə, avqustun 10-da keçiriləcək görüşdə seçkiöncəsi vəziyyət, bütün namizədlər üçün bərabər şərait yaradılması, siyasi partiyaların mətbu orqanlarında iqtidarla-müxalifətin bir-birinin əleyhinə əks-təbliğat aparması məsələləri müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti