...

"RƏY" MƏRKƏZİNİN SORĞUSUNA ƏSASƏN, PREZİDENT İLHAM ƏLİYEV YÜKSƏK GÖSTƏRİCİNİ SABİT OLARAQ SAXLAYIR

Siyasət Materials 10 Avqust 2005 20:53 (UTC +04:00)

"Rəy" Monitorinq mərkəzi Azərbaycanın 37 yaşayış məntəqəsində aparılmış sorğunun nəticələrini elan edib. Trend agentliyi bildirir ki, sorğunun nəticələrinə əsasən, sorğuda iştirak edənlərin 44,9 %-i siyasi fəaldır.

Əhalinin siyasi fəal olan tam yarısı bildirib ki, onlar öz səslərini İlham Əliyevin sədrlik etdiyi "Yeni Azərbaycan" partiyasının nümayəndələrinə verəəck. Müxalifətin "Azadlıq" blokuna 12,8%, müstəqil namizədlərə - 13,2% səs vermək niyyətindədir.Respondentlərin 3,8%-i deyib ki, səs verməyəcək, 17% isə qeyd edib ki, hələlik cavab verməkdə çətinlik çəkir.

"Əgər bu bazar günündə prezident seçkiləri keçirilsə, onda siz kimə səs verərdiniz?"-sualına 73% cavab verib ki, İlham Əliyevi prezident görmək istəyərdim. 5,6% - İsa Qəmbər, 2,1% isə - Əli Kərimli barədə eyni fikri söyləyib.

Xəbər lenti

Xəbər lenti