...

MILLI MƏCLISDƏ "İNFORMASIYA ƏLDƏ ETMƏK HAQQINDA" QANUN LAYIHƏSI MÜZAKIRƏ EDILIB

Siyasət Materials 5 Sentyabr 2005 14:49 (UTC +04:00)

Sentyabrın 5-də Milli Məclisin insan haqqları, hüquqi siyasət və dövlət quruculuğu, elm və təhsil, eləcə də mədəniyyət məsələləri daimi komissiyalarının bircə iclası keçirilmişdir.

Trend xəbər verir ki, insan hüquqları daimi komissiyasının sədr müavini Rəbiyyət Aslanova insanların informasiya əldə etməək hüququnun təmin olunması üçün möhkəm qanunvericilik bazasının yaradılmasının vacib olduğunu deyib. Milli Məclisdə bununla bağlı bir sıra qanunlar qəbul edilib, bəziləri üzərində iş gedir.

Müzakirəyə təqdim olunan "İnformasiya əldə etmək haqqında" qanun layihəsi bu ilin may ayında birinci oxunuşda qəbul edildikdən sonra işçi qrupu layihə üzərində ciddi iş aparıb, sənəd əsaslı surətdə təkmilləşdirilib.

Sonra layihə ilə bağlı işçi qrupunun rəhbəri, deputat Rizvan Cəbiyev deyib ki, bu qanunun məqsədi AR Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş mətulat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövləti prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaradlılmasından ibarətdir.

İkinci oxunuşa təqdim olunan yeni variantda layihəyə 2 fəsil, 21 maddə, eləcə də bəzi maddələrin müddəalarının sayı artırılıb. Ümumilikdə isə sənəd əsaslı surətdə təkmilləşdirilib, Avropa standartlarına uyğunlaşdırılıb.

Layihədə qanunun tənzimləmə sahəsi, informasiya əldə olunmasının prinsipləri, informasiya sahiblərinin vəzifələri, informasiya əldə olunmasının təşkilinə görə məsuliyyət, qanunun icrasına nəzarət və d. Məsələlər öz əksini tapıb.

Müzakirələr zamanı deputatlar və dəvət olunmuş mütəxəssislər layihənin vacibliyindən danışmış, rəy və təkliflərini bildirmişlər. Sonra layihə təsdinlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyyə olunub.

Xəbər lenti

Xəbər lenti