...

AZƏRBAYCANLA LATVİYA ARASINDA 7 SƏNƏD İMZALANIB

Siyasət Materials 3 Oktyabr 2005 14:29 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, oktyabrın 3-də Latviya prezidenti Vayra Vike Freyberqin Bakıya rəsmi səfəri çərçivəsində Azərbaycanla Latviya arasında 7 sənəd imzalanıb.

Azərbaycan və Latviya prezidentləri İlham Əliyev və V.Fike Freyberqi birgə bəyanat imzalayıblar.

Hökumət və idarələrarası səviyyədə mədəniyyət sahəsində, gömrük məsələlərində qarşılıqlı anlaşma, investisiyaların qarşılıqlı qorunması, terrorçuluq, mütəşəkkil cinayətkarlıq və psixotroplarla mübarizə, iqtisadi və elmi-texniki əməkdaşlığa dair sazişlər, o cümlədən, ikiqat vergi qoymadan yayınmaya dair konvensiya imzalanıb.

Xəbər lenti

Xəbər lenti