...

STRASBURQDA AZƏRBAYCAN VƏ LATVİYA PARLAMENTLƏRİ ARASINDA ƏMƏKDAŞLIĞA DAİR SAZİŞ İMZALANIB

Siyasət Materials 4 Oktyabr 2005 22:57 (UTC +04:00)

Oktyabrın 4-də Strasburqda Azərbaycan və Latviya parlamentləri arasında əməkdaşlığa dair saziş imzalanıb.

Trend in Strasburqda olan xüsusi müxbiri bildirir ki, Azərbaycan tərəfdən sazişi AŞPA-da Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Latviya tərəfdən isə Latviya seyminin Avropa məsələləri üzrə sədri Oskars Kastens imzalayıb.

S.Seyidov bildirib ki, Azərbaycan artıq 5 ildən artıqdır ki, Avropa Şurasının üzvüdür və Avropa Birliyinə inteqrasyia üçün ciddi addımlar atıb.

S.Seyidov hesab edir ki, "Latviya artıq 10 ildir ki, AŞPA-nın üzvüdür və bu məsələdə böyük təcrübəyə malikdir.Azərbaycan bu təcrübədən faydalana bilər".

Qeyd edək ki, sənəd Ermənistan və Gürcüstandan olan nümayəndə heyətinin iştirakı ilə imzalanıb.

Xəbər lenti

Xəbər lenti