...

Səməd Seyidov: "Avropa Şurasının seçkilərlə bağlı rəyi Leo Platvoetin məruzəsindən asılı olacaq"

Siyasət Materials 24 Noyabr 2005 16:01 (UTC +04:00)

"Avropa Şurasının Azərbaycanda keçirilən seçkilərlə bağlı rəyi qurumun daimi komitəsinin noyabrın 25-də Buxarestdə keçiriləcək toplantısında açıqlanacaq". Bu barədə Trend ə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Qeyd edək ki, 2005-ci il 6 noyabr Azərbaycanda keçirilən parlament seçkilərini Avropa Şurasının seçkilər üzrə monitorinq qrupunun rəhbəri, hollandiyalı deputat Leo Platvoet müşahidə edib.

S.Seydiov qeyd edib ki, Azərbaycanda seçkilərin necə keçirildiyi yalnız L.Platvoetin məruzəsindən asılı olacaq: "Ümid edirik ki, avropalı müşahidəçi bu məsələyə obyektiv yanaşacaq".

Avropa Şurasının daimi komitəsinin Buxarestdə keçirəcəyi iclasında Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələri ilə yanaşı Slovakiay ilə Ukrayna arasında yerləşən Velke Slemense kəndindəki Avropanın "dəmir pərdə"sinin son hissəsinin dağıdılması məsələsi də müzakirə ediləcək. Tədbirdə Rumıniyanın xarici işlər naziri Mixail Razvan Unqurean, Avropa Şurasının baş katibi Terri Devis və müavini Mod de Bur-Bukkikio da iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti