...

Seçkinin nəticələrinə münasibətinə görə Vətəndaş Həmrəyliyi Partiyası iki nəfər deputatlığa namizədini cəzalandırıb

Siyasət Materials 25 Noyabr 2005 16:03 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) təşkil etdiyi Forumda iştirak etdiyinə görə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) 2 nəfər deputatlığa namizədi partiya sıralarından xaric edilib. Bu barədə Trend ə VHP-dən məlumat verilib.

Qeyd edək ki, VHP-nin iki nəfər deputatlığa namizədi İdris Dadaşov və Arif Aslanov YAP-ın seçkilərin nəticələrinin dəstəklənməsi ilə bağlı keçirdiyi Forumda iştirak edib. Onların seçkilərin nəticələrinin tanınmasına dair sənədə imza atdıqları barədə məlumatlar yayılıb. Bununla əlaqədar VHP-nin Siyasi Şurasının fövqəladə toplantısı keçirilib və bu şəxslər dindirilib. İdris Dadaşov YAP-ın Forumunda seçkilərin qanunsuz keçirildiyini söyləmək üçün iştirak etdiyini və yol verilmiş qanun pozuntuları barədə MSK-ya şikayət verdiyini bildirib. Siyasi Şuranın iclasında Arif Aslanov da eyni arqumentlərlə çıxış edib və həmin Forumda heç bir sənədi imzalamadığını qeyd edib.

Sonda Siyasi Şuranın qərarı ilə İdris Dadaşova töhmət verilib, partiyanın siyasi xəttinə uyğun olmayan mövqe nümayiş etdirdiyinə görə isə Arif Aslanov VHP-dən xaric edilib.

Xəbər lenti

Xəbər lenti