...

Azərbaycan kommunistləri qurultaya hazırlaşır

Siyasət Materials 25 Noyabr 2005 17:20 (UTC +04:00)

"Azərbaycan Kommunist Partiyası (AKP) qurultaya hazırlaşır". Bu barədə Trend ə AKP sədrinin müavini Rüstəm Şahsuvarov bildirib.

Qeyd edək ki, AKP növbəti qurultayını 2005-ci ildə keçirməli idi. Lakin R.Şahsuvarovun bildirdiyinə görə, partiyanın sədri Ramiz Əhmədovun səhhətində yaranmış problem və parlament seçkiləri bu tədbiri arxa plana keçirib.

R.Şahsuvarov onu da bildirib ki, qurultayda partiyanın təşkilati məsələləri də müzakirə olunacaq: "Düzdür, partiyanın sədri Ramiz Əhmədovun ayaqlarında yaranmış problem onu gəzməkdən məhrum edib. Ancaq o həftədə bir dəfə partiyanın qərargahına gətirilir, partiyanın bütün fəaliyyəti ilə maraqlanır, qurumu idarəetmə qabiliyyətini özündə saxlayır. İnanmıram ki, qurultayda partiyanın yaradıcısına yenidən etimad göstərilməsin. Azərbaycan kommunistlərinin ona böyük hörməti var".

Xəbər lenti

Xəbər lenti