...

YAP rəsmiləri Türkiyənin baş naziri ilə görüşəcək

Siyasət Materials 16 Yanvar 2006 16:17 (UTC +04:00)

"Hakim Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti yanvarın 16-da Ədalət və İnkişaf Partiyasının (ƏİP) rəsmi dəvətilə Türkiyəyə səfər edib". Bu barədə Trend ə YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.

H.Paşayev bildirib ki, səfər çərçivəsində bir daha partiyalararası əməkdaşlıq məsələləri müzakirə edilərək bunun genişləndirilməsi istiqamətləri müəyyənləşdiriləcək: "Ötən il Ədalət və İnkişaf Partiyasının rəhbərləri iki dəfə YAP-ın dəvəti ilə Azərbaycanda səfərdə olub. Bakıda partiyalararası əməkdaşlıq məsələləri müzakirə edilib. Bunun davamı indi Türkiyədə aparılacaq".

YAP rəsmisi onu da qeyd edib ki, səfər çərçivəsində partiya rəsmiləri ƏİP rəhbərləri ilə görüşlər keçirəcək: "Onlar ƏİP-in sədri, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla da görüşəcək".

Səfərin yanvarın 16-dan 18-dək davam edəcəyini deyən H.Paşayev YAP-ın nümayəndə heyətinə partiya sədrinin müavini və icra katibi Əli Əhmədovun rəhbərlik etdiyini bildirib: "Nümayəndə heyətinin tərkibinə isə partiyanın icra katibinin müavini Mübariz Qurbanlı, gənclər təşkilatının rəhbəri Ramil Həsənov və qadınlar təşkilatının rəsmisi Məlahət Həsənova daxildir".

Xəbər lenti

Xəbər lenti