...

Azər Mürsəliyev: "İranın nüvə proqramları ətrafında böhranın regional təsiri haqqında danışmaq hələ tezdir"

Siyasət Materials 16 Yanvar 2006 16:33 (UTC +04:00)
Azər Mürsəliyev: "İranın nüvə proqramları ətrafında böhranın regional təsiri haqqında danışmaq hələ tezdir"

"İranın nüvə proqramları ətrafında böhranın regional təsiri haqqında danışmaq hələ tezdir". "Kommersant" qəzetinin baş redaktor müavini, ekspert Azər Mürsəliyev Tehranın nüvə proqramları ətrafında vəziyyətin kəskinləşməsini Trend ə belə şərh edib.

Onun sözlərinə görə, İranın qonşusu olan bütün dövlətlərin bu ölkə ilə əməkdaşlıq səviyyəsi fərqlənsə də, onlar bir-birinə çox bağlıdır. "Bu məsələdə Azərbaycanın İranla sıx əməkdaşlığını qeyd etmək olar. Naxçıvan Muxtar Respublikasının Azərbaycanın qalan hissəsi ilə əlaqəsində İranın rolu böyükdür. Bundan başqa, İrandan NMR-ə qaz tədarükünü də yaddan çıxarmaq olmaz", - deyə rusiyalı ekspert qeyd edib. "Əgər Azərbaycan dünya ictimaiyyətinin loyal üzvü kimi BMT Təhlükəsizlik Şurasının qərarına tabe olsa və mümkün sanksiyaları dəstəkləsə, İranın reaksiyası aydın olacaq", - deyə o bildirib.

A.Mürsəliyevin sözlərinə görə, bu mərhələdə İranın nüvə proqramları ətrafında böhranın regional təsirin haqqında danışmaq hələ tezdir. Onun fikrincə, bu məsələnin BMT-də müzakirəsi real olsa da, İranla bağlı qərarların xarakteri, xüsusilə beynəlxalq sanksiya formaları hələlik məlum deyil.

Bu məsələ ilə bağlı Rusiyanın mövqeyinə gəlincə, ekspert vurğulayıb ki, Moskva dəfələrlə beynəlxalq arenada Tehranın mövqeyini dəstəkləməyə çalışıb, lakin İran bilərəkdən vəziyyəti daha da kəskinləşdirir. Buna görə də beynəlxalq müzakirələr zamanı Moskva İrana kömək edə bilməyəcək.

Xəbər lenti

Xəbər lenti