...

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalına llayiq görülüb

Siyasət Materials 4 Mart 2006 12:26 (UTC +04:00)

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun sülhməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalına layiq görülüb.

Trend in məlumatına görə, Bakıda medalın təqdimetmə mərasimində təşkilatın baş direktoru Kamil İdris bildirib ki, hələ Bakıya səfərə gəlməzdən əvvəl Azərbaycanın birinci xanımının xeyriyyəçilik fəaliyyəti, elm, ədəbiyyat, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə çox qiymətli layihələrin işlənib hazırlanması barədə eşidib. Onun sözlərinə görə, ÜƏMT-nın ən yüksək mükafatı olan qızıl medalına mədəni, mənəvi dəyərlərin qorunmasında çox mühüm əməyi olan və bu işə praktiki olaraq yardım göstərən yüksək intellektə malik şəxsiyyətlər layiq görülürlər.

Mehriban Əliyev ÜƏMT-nın baş direktoruna xoş sözlərə və yüksək mükafata görə minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti