...

Vilayət Zahidov: "2005-ci ildə bələdiyyələrdə 2,6 milyard manat məbləğində maliyyə pozuntusuna yol veirilib"

Siyasət Materials 7 Mart 2006 17:43 (UTC +04:00)

2005-ci ildə bələdiyyələr üzrə maliyyə pozuntusu 2,6 milyard manat məbləğində aşkarlanıb. Trend xəbər verir ki, bu barədə ədliyyə nazirninin müavini Vilayət Zahidov parlamentin növbəti iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində bildirib.

Nazir müavini qeyd edib ki, İmişli rayonu İmişli bələdiyyəsində 762 milyon manat, həmin rayonun Sərxanlı bələdiyyəsində 275 milyon manat, Salyan rayonu Kürsəngi bələdiyyəsində 210 milyon manat, Ağcabədi rayonu Şənlik bələdiyyəsində 173 milyon manat, Neftçala rayonu Aşağıqaramanlı bələdiyyəsində 51 milyon manat məbləğində maliyyə pozuntularına yol verilməsi aşkar edilib. Ümumiyyətlə isə 2005-ci ildə bu rəqəm 2,6 milyard manat (yeni Azərbaycan manatı ilə 525 min manat) təşkil edib.

Bununla bağlı müvafiq qaydada prokurorluğa göndərilən materiallar üzrə cinayət işi başlanıldığını deyən nazir müavini onlarıdan bəziləri ilə bağlı istintaq aparıldığını, digərləri isə baxılmaq üçün məhkəməyə göndərildiyini qeyd edib.

Nazir müavini yerli büdcənin tərtib edilməməsi, bələdiyyənin maliyyə vəsaitinin iflası, bələdiyyə torpaqlarının idarə edilməsi və maliyyə vəsaitinin xərclənməsi, bələdiyyə qulluğunun qanunvericiliyə zidd təşkil edilməsi və s. qanun pozuntularının aşkar edildiyini bildirib.

Xəbər lenti

Xəbər lenti