...

ABŞ dövlət katibinin müavini Azərbaycan və Ermənistana səfər edəcək

Siyasət Materials 9 Mart 2006 11:38 (UTC +04:00)
ABŞ dövlət katibinin müavini Azərbaycan və Ermənistana səfər edəcək

ABŞ dövlət katibinin Avropa və Avrasiya ölkələri üzrə müavini Daniel Frid gələn həftə Azərbaycana səfər edəcək. ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, səfərin dəqiq tarixi hələlik məlum deyil.

Səfər zamanı dövlət katibinin müavinini ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Stiven Mənn müşayiət edəcək.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Şon Makkormak bildirib ki, D.Frid Azərbaycanla yanaşı, Ermənistana da səfər etmək niyyətindədir.

Onun sözlərinə görə, səfərdə məqsədlərdən biri də Azərbaycan və Ermənistan prezidentlərinin bu yaxınlarda keçirilmiş Paris görüşünün nəticələrinin müzakirəsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti