...

AMDP martın 17-də Ədliyyə Nazirliyinin qarşısında piket keçirəcək

Siyasət Materials 10 Mart 2006 19:02 (UTC +04:00)

Azərbaycan Milli Demokrat Partiyası (AMDP) martın 17-də Ədliyyə Nazirliyinin qarşısında növbəti piketini keçirəcək. Bu barədə Trend ə AMDP sədri İsgəndər Həmidov bildirib.

Piketin keçirilməsində məqsəd adıçəkilən partiyanın dövlət qeydiyyatına alınmaması ilə bağlıdır. İ.Həmidov bildirib ki, partiyanın Siyasi Şurasının qərarına əsasən, ayda bir dəfə Ədliyyə Nazirliyinin qarşısında piket keçiriləcək: "Partiyamız adıçəkilən nazirlik tərəfindən qeydiyyata alınanadək etiraz aksiyalarımızı davam etdirəcəyik". AMDP sədri məlum məsələ ilə bağlı beynəlxalq təşkilatlara da müraciətlər edildiyini vurğulayıb.

İ.Həmidov onu da vurğulayıb ki, partiyalarla əməkdaşlıq məsələlərinə yenidən baxıla bilər. Bunu isə sədr siyasi aləmdə baş verən proseslərlə izah edib: "Bizim ideoloji prinsiplərimizi və düşüncələrimizi qəbul edən partiyalarla bir yerdə olacağıq".

Xəbər lenti

Xəbər lenti