...

Azərbaycan prezidenti əmək pensiyalarının baza hissəsinin artırılması haqqında sərəncam imzalayıb

Siyasət Materials 30 Mart 2006 19:14 (UTC +04:00)
Azərbaycan prezidenti əmək pensiyalarının baza hissəsinin artırılması haqqında sərəncam imzalayıb

Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev martın 30-da "Yaşa görə əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, "Əmək pensiyaçılarının sosial müdafiəsini gücləndirmək məqsədilə və "Əmək pensiyaları haqqında" qanunun 10.1-ci maddəsinə əsasən, 2006-cı il aprelin 1-dən yaşa görə əmək pensiyalarının baza hissəsi 30 manat həcmində müəyyən edilir.

Azərbaycanın Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Xəbər lenti

Xəbər lenti