...

Xələf Xələfov: İranın azərbaycanlıların qurultayından sonrakı narazılığı ilə bağlı məsələ qapanıb

Siyasət Materials 31 Mart 2006 14:18 (UTC +04:00)
Xələf Xələfov: İranın azərbaycanlıların qurultayından sonrakı narazılığı ilə bağlı məsələ qapanıb

Rəsmi Bakı Tehranın İranla bağlı azərbaycanlıların Bakıda keçirilmiş II qurultayında edilən bəyanatlara dair narahatlığı məsələsinin artıq qapandığnı hesab edir. Trend bildirir ki, bu gün Azərbaycan XİN başçısının müavini Xələf Xələfov bu barədə jurnalistlərə bəyan edib.

X.Xələfov qeyd edib ki, Azərbaycan XİN bu məsələ ilə əlaqədar dəfələrlə, o cümlədən nazir səviyəsində öz rəyini bildirib.

"Biz öz münasibətimizi bildirmişik və bu məsələni bir daha şərh etməyəcəyik. Biz bu səhifəni qapalı hesab edirik" - deyə Azərbaycanın xarici işlər nazirinin müavini vurğulayıb.

Bundan öncə, İran XİN-in rəsmi nümayəndəsi Həmid Rza Asəfi bəyan edib ki, Tehran rəsmi Bakıdan İİR səfirliyinin Azərbaycan XİN-ə dünya azərbaycanlılarının ikinci qurultayında "İran əleyhinə olan şəxslər tərəfindən səsləndirilən məntiqə və dostluğa sığmayan bəyanatlar"a qarşı etirazı ilə bağlı notasına cavab gözləyir.

Xəbər lenti

Xəbər lenti