...

MDB ekspertləri humanitar əməkdaşlıq Şurasına dair saziş layihəsini hazırlayırlar

Siyasət Materials 31 Mart 2006 17:41 (UTC +04:00)

Trend bildirir ki, aprelin 3-4-də MDB İcraiyyə Komitəsində Birlik ekspertləri qrupunun iclası keçiriləcək.

MDB İcraiyyə Komitəsinin mətbuat xidmətində bildirilib ki, ekspertlər humanitar əməkdaşlıq Şurasına dair saziş layihəsini və bununla bağlı əsasnaməni, eləcə də MDB dövlətləri humanitar əməkdaşlığının Dövlətlərarası fondunun və fondun nizamnaməsinin yaradılması haqqında müqaviləni işləyib başa çatdırmalıdır.

Saziş və müqavilə layihələri Rusiya Federasiyası tərəfindən MDB dövlətlərinin humanitar əməkdaşlığına dair Bəyannamə və Sazişin gerçəkləşdirilməsi məqsədilə irəli sürüləcək.

2005-ci il noyabrın 10-11-də saziş layihəsi MDB dövlətləri nümayəndələri və ekspertlərinin iclasında müzakirə olunub, mətnə dəyişiklik və əlavələr edilib. İclasın materialları ekspertlərin əlavə iclasının keçirilməsi üçün Birlik dövlətlərinə göndərilib. 2005-ci il dekabrın 27-28-də sənəd layihələri işlənib başa çatdırılıb, MDB nümayəndələri və ekspertlərinin iclasında razılaşdırılıb. Hazırda Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası, Tacikistan və Özbəkistandan təklif və qeydlər daxil olub.

Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna MDB dövlətlərinin humanitar əməkdaşlığına dair Sazişi xüsusi qeydlərlə imzalayıb, bu dövlətlər məhz Birlik dövlətləri humanitar əməkdaşlığı Şurasının yaradılmasına qarşı çıxıb. Türkmənistan bu sazişi imzalamayıb. "LІQABіznesІnform" bildirir ki, hazırda sazişi Belarus, Rusiya Federasiyası, Tacikistan və Özbəkistan təsdiq edib.

Xəbər lenti

Xəbər lenti