...

"Bizim Azərbaycan" blokunda olan partiyalar birləşməyi qərara alıb

Siyasət Materials 1 May 2006 15:23 (UTC +04:00)

"Bizim Azərbaycan" blokuna daxil olan partiyalar birləşməyi qərara alıb. Bu barədə Trend ə adıçəkilən blokun sədri Türk Millətçilər Partiyasının sədri Vüqar Bəyturan bildirib.

Bu məsələ ilə bağlı qərar adıçəkilən blokun Sədrlər şurasının aprelin 30-da keçirilən növbəti toplantısında qəbul edilib. V.Bəyturan bildirb ki, bununla bağlı birləşdirici komissiya yaradılıb: "Qərara almışıq ki, blokda təmsil olan partiyalar vahid mərkəzdə birləşsinlər və heç bir hərəkatda təmsil olunmasınlar". TMP sədri onu da qeyd edib ki, bu qərardan sonra Xalq Azadlıq, Demokratik Şəxsiyyətlər və Xalq Qurtuluş partiyaları Azərbaycan Yolu Siyasi Hərəkatından çıxıblar. TMP isə Millətçi Demokratlar Hərəkatından istefa verib.

Vahid partiyanın adı məsələsinə gəlincə isə, V.Bəyturan bildirib: "Bu məsələdə müxtəlif varintlar təklif olunub. Ancaq çox güman ki, "Bizim Azərbaycan" partiyası adı altında birləşək". V.Bəyturan onu da vurğulayıb ki, vahid partiyada birləşənə qədər siyasi qərarlar ayrı-ayrı partiyalarda deyil, blokun Sədrlər Şurasında qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti