...

Qazaxıstan İƏT-in iclasında nazir müavini səviyyəsində təsmil olunacaq

Siyasət Materials 1 May 2006 18:35 (UTC +04:00)

Mayın 4-də Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XİN rəhbərlərinin iclasında Qazaxıstanı xarici işlər nazirinin müavini Kayrat Abdurraxmanov təmsil edəcək. Bu barədə Trend ə Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Qazaxıstanın xarici işlər nazirinin müavini Bakıya səfəri zamanı Azərbaycan tərəfi ilə, eləcə də təşkilata üzv olan digər ölkələrlə ikitərəfli görüşlər keçirmək niyyətindədir.

Xatırladaq ki, İƏT-nın qarşıdakı sammitində Qazaxıstanı bu ölkənin baş naziri Danial Axmetov təmsil edəcək.

İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə yaradılıb. İzmir müqaviləsinin Nizamnaməsi əsasında ffəaliyyət göstərən İnkişaf üçün regional əməkdaşlıq Təşkilatının varisidir. İzmir müqaviləsi 1977-ci il martın 12-də Türkiyə, İran və Pakistan tərəfindən imzalanıb. 1992-ci ildə təşkilata 7 ölkə- Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan da daxil olub.

Xəbər lenti

Xəbər lenti