...

Terri Devidson: ATƏT-in MQ həmsədrləri Moskva görüşündən sonra Dağlıq Qarabağ münaqişəsi regionuna səfər etməyi planlaşdırmırlar

Siyasət Materials 2 May 2006 12:43 (UTC +04:00)
Terri Devidson: ATƏT-in MQ həmsədrləri Moskva görüşündən sonra Dağlıq Qarabağ münaqişəsi regionuna səfər etməyi planlaşdırmırlar

ATƏT-in Minsk Qrupunun həmsədrləri Moskvada ikigünlük məsləhətləşmələr keçirirlər. Bu burədə Trend ə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun rəsmi nümayəndəsi Terri Devidson ekskyuziv məlumat verib.

Onun sözlərinə görə, mayın 2-3-də keçirilən məsləhətləşmələrdə Minsk Qrupunun hər 3 həmsədri - Yuri Merzlyakov, Bernar Fasye və Stiven Mənn iştirak edir. T.Devidsonun sözlərinə görə, tərəflər Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması məqsədilə hazırkı və gələcək fəaliyyətlərini müzakirə edirlər.

O həmçinin, bildirib ki, məsləhətləşmələr başa çatdıqdan sonra münaqişə regionuna dərhal səfər planlaşdırılmayıb.

Xəbər lenti

Xəbər lenti