...

Mayın 5-də Litva prezidenti Azərbaycanın baş nazirini qəbul edəcək

Siyasət Materials 3 May 2006 17:28 (UTC +04:00)
Mayın 5-də Litva prezidenti Azərbaycanın baş nazirini qəbul edəcək

Mayın 5-də Ltiva prezidenti Valdas Adamkus Azərbaycanın baş naziri Artur Rəsizadəni qəbul edəcək. Bu barədə Trend Litva prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Görüş yerli vaxtla saat 09:00-da Litva prezidenti dəftərxanasının danışıqlar Zalında başlayacaq və 45 dəqiqə davam edəcək.

Qeyd edək ki, mayın 4-5-də Litva və Polşa prezidentləri V.Adamkus və Lex Kaçinskinin təşəbbüsü ilə Vilnüsdə Baltik və Qara dəniz regionu ölkələrinin liderləri və nümayəndələrinin, o cümlədən Avropa Birliyi və NATO rəhbərlərinin iştirakı ilə yüksək səviyyədə görüş keçiriləcək.

"Ümumi qonşuluğa ümumi baxış" adlı konfransda AB və NATO-nun genişlənməsindən sonra baş vermiş dəyişikliklərin, regionda demokratiyanın möhkəmləndirilməsi perspektivlərinin və Qərb demokratiyasının bu prosesdə rolunun müzakirəsi planlaşdırılır.

Bu görüş ərəfəsində HATO ekspertləri və nümayəndələrinin işitrakı ilə yüksək səviyyədə dəyirmi masa keçiriləcək. Həmçinin, region gəncləri və zəka sahiblərinin görüşü keçiriləcək. Bu görüş region ölkələrinin vəziyyətinin müzakirəsinə və siyasi liderlərin fəaliyyətində mümkün dönüş nöqtəsinin proqnozlaşdırılmasına yönəldilib.

Bundan başqa, Avropa günü münasibətilə bayram tədbirləri də keçiriləcək. 1-9 mayda isə "Avropanın Şərqin yeni demokratik ölkələri ilə həmrəylik həftəsi" keçiriləcək.

Xəbər lenti

Xəbər lenti