...

Bakı meriyası Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinin mayın 6-a planlaşdırdığı mitinqlə bağı müraciətinə cavab göndərib

Siyasət Materials 4 May 2006 16:20 (UTC +04:00)

Bakı şəhər İcra Hakimiyyəti Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinin (MSƏM) mayın 6-a planlaşdırdığı mitinqlə bağı müraciətinə cavab göndərib. Trend xəbər verir ki, Bakı meriyası mitinqin mayın 6-da keçirilməsini məqsədəuyğun hesab etməyib.

Qeyd edək ki, MSƏM-ə daxil olan Azərbaycan Milli İstiqlal Partiyası istisna olmaqla, Azərbaycan Milli Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı, Tərəqqi Partiyası və Ümid Partiyası mayın 6-da bir neçə marşrut üzrə Dağlıq Qarabağ problemi ilə bağlı mitinq keçirmək üçün Bakı meriyasına müraciət ünvanlayıb.

Mitinq Təşkilat Komitəsinin həmsədrləri olan Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə və Azərbaycan Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov Bakı meriyasının məlum cavabını müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti