...

Fuad Əliyev: "İndoneziyanın sabiq spikeri Amiyeb Məhəmməd 2006-cı ilin iyün-iyul aylarında Azərbaycana səfər edəcək"

Siyasət Materials 4 May 2006 16:54 (UTC +04:00)

İndoneziya Milli Mandat Partiyasının sədri, deputat Amiyeb Məhəmməd 2006-cı ilin iyün-iyul aylarında Azərbaycana səfər edəcək. Bu barədə Trend ə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

F.Əliyev bildirib ki, A.Məhəmmədlə Moskvada Vətənpərvər Partiyaların III konqresində görüşüb: "Mən ona Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı məlumat verdim. Azərbaycandan apardığım materiallarla, ermənilərin azərbaycanlılara qarşı törətdiyi faciələri özündə əks etdirən fotoşəkillərlə tanış etdim. Qərara aldı ki, Azərbaycanla yaxından tanış olmaq və Dağlıq Qarabağ problemini dərindən öyrənmək üçün Bakıya gəlsin".

Qeyd edək ki, A.Məhəmməd 1998-2004-cü illərdə İndoneziya parlamentinin sədri olub. A.Məhəmməd Azərbaycana böyük nümayəndə heyəti ilə gəlməyi planlaşdırıb. Onun Azərbaycanda dövlət rəsmiləri, partiya sədrləri və QHT rəhbərləri ilə görüşlər keçirəcəyi də istisna olunmur.

Xəbər lenti

Xəbər lenti