...

Ceyson Haylənd: Müşahidələrimin nəticələri Azərbaycan MSK-na təqdim olunacaq

Siyasət Materials 13 May 2006 13:21 (UTC +04:00)
Ceyson Haylənd: Müşahidələrimin nəticələri Azərbaycan MSK-na təqdim olunacaq

Mən şadam ki, Azərbaycanda təkrar seçkilər üzrə səsvermənin gedişini müşahidə edən çoxsaylı nümayəndələrdən biri olmaq imkanına malik oldum. Trend in xəbər verdiyi kimi, bu barədə mayın 13-də jurnalistlərə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər üzrə müvəkkili Ceyson Haylənd bildirib.

O qeyd edib ki, muüşahidələrinin nəticələri Azərbaycan MSK-ya təqdim olunacaq. Bakıdakı 4 seçki məntəqəsinə baş çəkərkən onunla söhbət etmiş müşahidəçilərin mövqeyinə gəlincə, amerikalı diplomat qeyd edib ki, həm müsbət, həm də mənfi fikirlər qeydə alınıb.

"Əsas odur ki, adamlar hüquqi vasitəyə müraciət edir və bunun sayəsində istədiyinə nail olur. ABŞ hökuməti şəffaf demokratik seçkilərin keçirilməsinə fəal dəstək göstərir ki, bu da "exit-poll"un keçirilməsində öz əksini tapıb", - deyə C.Haylənd qeyd edib. O, səsvermə gününü hərtərəfli işıqlandırdığına görə, KİV nümayəndələrinə də öz minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti