...

Azərbaycanın Los-Ancelesdəki baş konsulu The Economist qəzetində dərc olunmuş məqaləyə münasibət bildirib

Siyasət Materials 16 May 2006 10:57 (UTC +04:00)

Avrasiya materikinin böyük olmasını nəzərə alaraq Azərbaycan və Belorusiya arasındakı oxşarlıq tam təsdaüfidir. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın Los Angelesdəki baş konsulu Elina Süleymanovanın bu yaxınlarda dərc olunmuş məqalə ilə bağlı The Economist qəzetinə müraciətində deyilir.

Qeyd edək ki, qəzet Azərbaycan və Belorusiya arasında müqayisənin aparıldığı material dərc edib.

"Bizim ölkələrimiz ümumi sovet keçmişinə malikdir (bu, regionun digər ölkələri üçün də xarakterikdir) və bununla da bütün oxşarlıqlar məhdudlaşır. Moskvada bəziləri üçün keçmiş sovet imperiyasının müxtəlif guşələri eyni görünə bilər, ancaq sizin bu nöqteyi-nəzərlə razılaşmanız məni təəccübləndirir",- deyə azərbaycanlı diplomatın cavabında deyilir.

Həmçinin, o da qeyd olunur ki, Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqtona səfəri uğurlu və həm Azərbaycan, həm də Amerika üçün səmərəli olub.

Xəbər lenti

Xəbər lenti