...

NATO PA-nın Parsidə keçiriləcək iclasında Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək

Siyasət Materials 18 May 2006 12:39 (UTC +04:00)

NATO Parlament Assambleyasının mayın 26-30-da Parisdə keçiriləcək növbəti sessiyasında Milli Məclis sədrinin birinci müavini, NATO PA-nın Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov iştirak edəcək. Bu barədə Trend ə birinci vitse-spikerin köməkçisi Samir Hüseynov bildirib.

S.Hüseynov onu da qeyd edib ki, NATO PA-nın sessiyada iştirak etmək üçün Azərbaycanın nümayəndə heyətinin tərkibi hələ müəyyənləşdirilməyib. Onu da qeyd edək ki, NATO PA-nın Azərbaycan nümayəndə heyətinin 5 üzvü var. Bu üzvlərdən biri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev isə bildirib ki, o, Parisdə keçiriləcək sessiyada iştirak etmək üçün hələ dəvət almayıb.

Xəbər lenti

Xəbər lenti