...

Ayaz Rüstəmov: "Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi parçalanmayıb"

Siyasət Materials 19 May 2006 12:41 (UTC +04:00)

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi (MSƏM) Sədrlər Şurasının mayın 20-də növbəti toplantısı keçiriləcək. Bu barədə Trend ə MSƏM-in təsisçilərindən olan Azərbaycan Milli İstiqlal Partiyası sədrinin əvəzi Ayaz Rüstəmov qurumun parçalanması ilə bağlı deyilənlərə aydınlıq gətirərək bildirib.

A.Rüstəmov qeyd edib ki, MSƏM-i parçalanmayıb: "Mayın 13-ü parlamentə keçirilən təkrar seçkilərdən sonra mayın 17-də toplantımızı keçirməliydik. Müəyyən səbəblər üzündən bu toplantı təxirə salındı. Ancaq bunu mərkəzin parçalanması ilə əlaqələndirmək düzgün deyil". A.Rüstəmov MSƏM-in mayın 20-də toplanacağını söyləyib. AMİP sədrinin əvəzi onu da vurğulayıb ki, AMİP-in qurultayına görə mərkəz tərəfindən Dağlıq Qarabağ problemi ilə bağlı planlaşdırılan mitinqin vaxtının dəqiqləşdirilməsi yubadılır.

MSƏM-in digər təsisçisi Milli Dirçəliş Hərəkatının lideri Fərəc Quliyev də məlum fikirləri təkzib edib. Bildirib ki, qurum fəaliyyətini davam etdirir.

Xəbər lenti

Xəbər lenti