...

Gürcüstanın azərbaycanlılar yaşayan regionlarında telexəbərlərin Azərbaycan dilində təkrar yayımına başlanılıb

Siyasət Materials 22 May 2006 13:26 (UTC +04:00)

Mayın 21-dən Güncüstan İctimai Televiziyasının "Moambe" ("Xəbərlər") proqramı Kvemo Kartli regionunda Azərbaycan dilində yayımlanmağa başlayıb. Trend in Gürcüstandakı xüsusi müxbirinin "İnternyus"un Tbilisdəki ofisindən verdiyi xəbərə görə, Kvemo Kartli regionunda informasiya buraxılışlarının gürcü dilindən Azərbaycan dilinə tərcüməsi üzrə layihə ATƏT-in maliyyə yardımı ilə həyata keçirilir.

İctimai televiziyanın axşam informasiya buraxılışı "Moambe" sinxron şəkildə Azərbaycan dilinə tərcümə ediləcək və yayımlanacaq.

ATƏT-in layihəsi ilk növbədə, hazırda Kvemo Kartli regionunda hiss olunan informasiya boşluğunu aradan qaldırmağa yönəlib. Misal üçün, Marneuli rayonunda əhalinin 70%-ni azərbaycanlılar təşkil edir.

Xəbər lenti

Xəbər lenti