...

Milli QHT Forumu Cənubi Azərbaycanda baş verən aksiyalarla bağlı bəyanat verib

Siyasət Materials 24 May 2006 13:23 (UTC +04:00)

"Milli-mənəvi dəyərləri tapdalayan və hadisələrin kökündə dayanan "İran" adıl rəsmi gündəlik qəzetdə azərbaycanlıları təhqir edən karikatura və yazıların müəlliflərinə qarşı ciddi tədbirlər görülməlidir". Trend in məlumatına görə, bu fikirlər Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) bəyanatındandır.

Bəyanatda bildirilir ki, son bir neçə gündə Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın ölümü və yüzlərlə insanın həbs edilməsi ilə nəticələnən qanlı aksiyalar öz gərginliyini saxlamaqdadır. Özündə 400-dən çox QHT-ni birləşdirən MQF İranda azərbaycanlılara qarşı baş verən hadisələrə etirazını bildirir və soydaşlarımızın taleyindən narahat olduğunu diqqətə çatdırır.

"MQF İranın güc strukturlarının etiraz aksiyalarını xüsusi qəddarlıqla dağıdılmasına etiraz edir. Azərbaycanla İran İslam Respublikası arasında mövcud olan mehriban qonşuluq və əməkdaşlıq münasibətlərini nəzərə alaraq İran dövlətinin bu gərginliyi güc yolu ilə deyil, diplomatik yollarla aradan qaldırılacağına ümid edir"-deyə bəyanatda vurğulanır.

Xəbər lenti

Xəbər lenti