...

Rumıniya prezidenti Azərbaycana rəsmi səfər edəcək

Siyasət Materials 24 May 2006 14:16 (UTC +04:00)

Rumıniya prezidenti Azərbaycana rəsmi səfərə gələcək. Trend in verdiyi məlumata görə, bu barədə jurnalistlərə Rumıniyanın Azərbaycandakı səfiri Nikolaye Ureke bildirib.

Onun sözlərinə görə, səfər bu ilin payızına nəzərdə tutulub. Səfər zamanı Azərbaycanla Rumıniya arasında ikitərəfdli əməkdaşlığın perspektivləri, eləcə də, beynəlxalq və regional məsələlərin həllində mövqelərin yaxınlaşması məsələlərinin müzakirəsi planlaşdırılır.

Səfir bildirib ki, buna qədər isə prezidentin səfərini hazırlayan bu ölkənin xarici işlər naziri Bakıya səfər edəcək.

Bu ilin payızında Azərbaycanın Milli Məclisinin sədrinin də Rumıniyaya səfəri nəzərdə tutulub. İyunda isə parlamentlərarası dostluq qrupunun üzvləri Buxarestə səfər edəcək. Diplomatın sözlərinə görə, bütün bu səfərlər Rumıniyanın Azərbaycanla ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğuna sübutdur.

Xəbər lenti

Xəbər lenti